Hande Harmancı Gəncəyə getdi

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncə şəhərində müharibədən zərər görən şəxslərlə görüşüb.

Sozcu.az xəbər verir ki, H.Harmancı bu ailələrə koronavirusla mübarizə üçün bir sıra tibbi ləvazimatlar gətirib, xəstəliklə mübarizə üsulları ilə bağlı fikirlərini bölüşüb.

Məlumat üçün bildirək ki, oktyabr ayının 5 dən 27 dək Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən bombalanıb. Nəticə etibarı ilə 60 ailə evsiz qalıb. Bu ailələr əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşıb. Şəhərin bombalanması zamanı ümumilikdə 30-a yaxın mülkü şəxs həyatını itirib,90 nəfər yaranalıb.

Facebook Comments