Azərbaycanda gələn ilin yanvarında 26 kiçik dövlət müəssisəsi hərraca çıxarılacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 12 yanvar tarixində təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, hərraca 31 dövlət əmlakı çıxarılacaq. Bunlardan 26-sı kiçik dövlət müəssisəsi, 5-i nəqliyyat vasitəsidir.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Facebook Comments