Güney azərbaycanlıların Araz- Araz şüarları ilə azadlıq tələbi- VİDEO

Güney azərbaycanlılar Araz- Araz şüarları ilə azadlıq tələbləri səsləndiriblər.

İranlı rəsmilərin Ərdoğanın Araz şerini səsləndirməsinə etirazı və bunun nəticəsində iranlıların Türklərə qarşı nifrət dolu fikirlər səsləndirməsinə qarşı güney azərbaycanlılar məşhur Araz- Araz şerini oxuyub, videoya çəkib, sosial şəbəkələrdə paylaşaraq azadlıq şüarları səsləndiriblər, eləcə də Quzey Azərbaycan və Türkiyədəki qardaşlarına dəstək nümayiş etdiriblər.

Bu videolarda uşaqlı- qadınlı, qocalı- cavanlı güney azərbaycanlılar məşhur Araz şerini səsləndirərək bildiriblər: “Biz sizdən ayrılmazdıq, zülm ilə ayırdılar”.

Bundan başqa, güney azərbaycanlılar sosial şəbəkələrdə #Araz_Araz #əzizimiz_Azərbaycan həştəqləri ilə trend başladıblar.

Qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda iştirak etdiyi Zəfər paradında Güney və Quzey Azərbaycanın ayrılığını ağrılı- acılı formada ifadə edən məşhur Araz şerini səsləndirib. Bu, həm iranlı rəsmilərin, həm də paniranistlərin kəskin narahatlıq və narazılığına səbəb olub.

Facebook Comments