“Banklar şəhid ailələri və qazilərin hissiyatına toxunan məqamları aradan qaldırmalıdır”

Moderator.az millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlərin müzakirəsi zamanı çıxışının əsas məqamlarını təqdim edir.

Əli Məsimli bildirib ki, banklarla Milli Məclisin dialoqunun keçirilməsini uzun illərdir təklif edirdik. İki gün əvvəl bu dialoq Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin Mərkəzi Bankın rəhbərinin iştirakı ilə keçirilən iclasında təmin edildi,bu istiqamətdə çox mühüm ilk addım atıldı,çox açıq və konsrtuktiv bir müzakirə oldu,deputatların çoxsaylı sualları cavablandırıldı.

Əli Məsimli əvvəlcə çox ciddi və həm də həssas hesab etdiyi bir məsələni qaldırdı:

“Müzakirələr zamanı qaldırılan məsələlər içərisində bankların şəhid ailələri və qazilərə güzəştlər etməsi məsələsi xüsusi yer tutdu. Şəhid ailələri və qazilərlərlə bağlı aktual məsələlər həm dövlətin,həm də cəmiyyətin diqqətindədir. Müzakirədə bank sisteminin də onlarla bağlı ciddi işlər gördüyü açıqlandı. Bununla belə Əli Məsimli bildirib ki, “şəhid ailələri və qazilərlərə münasibətdə bürokratik məqamlar var və yaxşı olardı ki, banklar bu məqamları aradan qaldırsın ki, onların hissiyatına toxunan, onları narahat edən heç nə qalmasın.”

Gələn ilin yazında Mərkəzi Bank əmanət qoyuluşlarına dair bir sıra yeniliklərlə çıxış edəcək. Bununla bağlı Əli Məsimli xüsusi vurğülayıb ki, bundan sonra hazırlanan bütün proqram, konsepsiya və digər səndlərdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və qalxınması məsələləri mütləq də öz əksini tapmalıdır.Bu, eyni dərəcədə əmanətlər və onunla bağlı digər məsələrə də aiddir. İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı işlərin bütün ağırlığını dövlətin üzərinə atmaq olmaz. Gəlbedici stimullar təklif edib, sandıqlarda olan pulları çıxarmaq və işğaldan azad olunun ərazilərin bərpa və qalxınmasında səmərəli istifadə etmək vaxtıdır. Bununla bağlı Əli Məsimli təklif etdi ki,”müəyyənləşdirmək lazımdır ki,ölkə vətəndaşlarının əlində sərbəst qalan pul vəsaitinin nə qədəri əmanət kimi banklara yerləşdirlib. Qiymətli kağızlar və sair mexnizmlərin köməyi ilə daxili borclamanı artırmağın işlək mexanizmləri vasitəsilə həmin kifayət qədər böyük vəsaiti cəlb edib, işğaldan azad olan ərazilərin qalxınmasının maliyyə təminatnın gücləndirilməsində geniş istifadə etmək olar.”

Bundan əlavə Əli Məsimli ciddi hesab etdiyi digər bir məsələyə də toxundu ki,ayrı-ayrı banklarda cəlb edilən əmanətlərin faizi 6-12 faiz arasında dəyişir. Banklar isə bundan xeyli yüksək faizlərlə kredit verirlər. Banklar bunu adətən standart cavabla- risklə əlaqələndirinlər. Fikrimizcə burada ən böyük risk bu yox, on illiklər boyü çox yüksək faizlərlə kreditlərin tətbiqi ucbatından,bankların real sektorla,yəni istehsalla lazımı səviyyədə əlaqə qura bilməməsindədir.Bunun iqtisadiyyatımız ziyanı daha çoxdur.Ona görə də inzibatı yox,iqtisadi üsullarla kredit faizlərinin aşağı salınması istiqamtində əlavə tədbirlər görülməlidir ki, işğaldan azad olunan ərazilərimizdə dövlər vəsaitindən əlavə, kreditlər vasitəsilə də geniş miqyaslı işlər görmək mümkün oldun.

Əli Məsimli onu da nəzərə çatdırdı ki, hazırda ölkəmizdə bankların əsas problemi cəlb etdikləri vəsaitləri kredit şəklində tam və iqtisadiyyatmıza maksimum fayda gətirmək baxımından rasioanal yerləşdirə bilməmələridir. Bu proqblemin həlli istiqamətində də ciddi işlərin görülməsinə ehtiyac var.

Deputat qeyd edib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır.Eyni zamanda məzənnə dəyişən zaman əmanətlərə, qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır.

Facebook Comments