“Ordu ilə heç bir əlaqəm yoxdur” – Rövşən Əkbərov ordudan kənarlaşdırılıb

Azərbaycan Prezidenti İlham Əliyev ikinci Qarabağ müharibəsində xüsusi xidmətləri olan bir qrup hərbçiyə ali hərbi rütbələr, orden və medallar verilməsi barədə sərəncam imzalayıb.

Sozcu.az xəbər verir ki, sərəncamda ordu korpusu komandiri məşhur general Rövşən Əkbərovun adının olmaması onunla bağlı bir müddət əvvəl yayılan xəbərləri yenidən aktuallaşdırıb.

Rövşən Əkbərovun adının təltif olunanlar arasında olmamasına səbəb onun müharibənin ilk günlərində ordudan kənarlaşdırılması olub.

Qeyd edək ki, eyni fikirlər Müdafiə nazirinin müavini general-polkovnik Nəciməddin Sadıqovla bağlı da yayılıb. Hətta müharibənin qızğın dövründə onun adı nazirliyin rəsmi səhifəsindəki Baş qərargah rəisi vəzifəsinin qarşısından silinmişdi. Həmin dövr ölkəmiz üçün həssas zaman olduğundan media bu məsələnin üstündən sükutla keçmişdi.

R. Əkbərov açıqlamasında ordudan kənarlaşdığını təsdiq edib: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.Gününsəsi

Facebook Comments