Hadrutda “Azercell”in əməkdaşları yaralanıb? – AÇIQLAMA

Sosial şəbəkələrdə Hadrut meşələrində “Azercell”in əməkdaşlarının yaralandığı barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev onlarda bu barədə hər hansı məlumat olmadığını deyib.

Respublika Prokurorluğundan da onlarda belə məlumat olmadığı bildirilib.

“Azercell Telekom” MMC isə dekabrın 9-da yayılan məlumatları təkzib edib.

Şirkət bildirib ki, MMC Qarabağ və işğaldan azad edilən digər bölgələrdə müasir mobil kommunikasiya infrastrukturu qurmağa davam edir:

“Odur ki, bu ərazilərə aid bütün şəhər və rayonlarda “Azercell”-in LTE mobil şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində texniki komandamız müvafiq işləri uğurla həyata keçirir. Abunəçilərimizi yanlış məlumatlara və şayiələrə inanmamağa çağırır və yalnız Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməyi xahiş edirik”.Meydantv

Facebook Comments