Qarabağ qazisinin Anası: “Qazax rayon icra hakimyyəti bizimlə maraqlanmır”

Qazax rayon icra hakimyyəti Qarabağ qazisinin problemi ilə maraqlanmır.

Bu sözləri Sozcu.az saytına Qarabağ döyüşlərində bir ayağını itirən qazi Kənan Musayevin anası Məmmədova Məhəbbət Seyfəddin qızı deyib:

“Mən Məmmədova Məhəbbət Seyfəddin qızı. Oğlum 15.11.2001-ci ildə Qazax rayonunda anadan olan Musayev Kənan Nadir oğlu ilə birgə Əli Şıxlinski küçəsində yerləşən, KTT yataqxanasında yaşayırıq. Mən işsiz qadınam,gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var.Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yolanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı nə şəhər nümayəndəliyi, Nə hərbi komissarlıq, nə də ki, səhiyyə idarəsi maraqlanmır.Oğlumun sarıq ləvazimatlarının, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam.Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir.İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər.Hələ bir xəbər yoxdur.Oğlumla komissarlığın rəisi ilə görüşüb hərbi bileti haqqında məlumat verdik.Düzələcək deyib bizi yola saldılar.Amma hələ bir xəbər yoxdur.Aidiyyəti orqanlardan xahiş edirəm ki, bizim vəziyyətimizlə maraqlansınlar və bizə öz köməkliklərini göstərsinlər”

Köməklik etmək istəyənlər Kənan Musayevin Anası ilə əlaqə saxlaya bilərlər.

Tel: 055 520 97 59

Facebook Comments