Güney Azərbaycanda itkin düşən alpinistlər qurtarılıb

Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Tikantəpə(Takab) şəhərinin Bilqeys dağlarında itkin düşən üç alpinistin tapıldığını bildirib.

“İLNA” xəbər agentliyinə verdiyi müsahibədə Əmir Cəfərzadə bildirdi ki, noyabrın 26-da qar yağmasına baxmayaraq, əslən Gülüstan əyalətinin Qonbəde-Kavus bölgəsindən olan 3 alpisint Tikabda yerləşən 3350 metr hündürlüyündə olan Bilqeys dağına çıxıblar.

Cəfərzadə deyib ki, Qırmızı Aypara cəmiyyətinin Dağ Xilasetmə Komandası və Tikantəpə Dağçılıq Komitəsi də daxil olmaqla, iki qrup, alpinistlərin itkin düşdüyünü bildikdən dərhal sonra hərəkətə keçdi və şənbə günü səhər saat 7-də onları tapmaq üçün axtarış əməliyyatına başladı.

Onun dediyinə görə, bir neçə yöndə yüksəkliyə qalxaraq xtarışa başlayan xilasedicilər şənbə gecəsi alpinistləri tapıb aşağı endirdilər.

Facebook Comments