Bu gün “Qara cümə”dir

Bu gün dünyada “Qara cümə”dir.

Sozcu.az xəbər verir ki, “Qara Cümə” anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. Belə ki, ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul olunur.

“Qara cümə”ni önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir. Bu məhsullar sırasında xüsusi diqqət çəkən bahalı mallara edilən endirimlərdir ki, bu da insanlara adi günlərdə ala bilmədikləri məhsulları daha ucuz qiymətə almağa imkan verir.

Bununla belə ekspertlər “Qara cümə” zamanı maksimal fayda götürmək üçün ticarət mərkəzlərinə yalnız nağd pulla getməyi, premium seqmentə aid olan mağazaları gəzməyi, bəyəndikləri məhsulları öz səbətlərinə almağı məsləhət görürlər. Nağd pul sayəsində ekspertlər şəxsin xərcləyəcəyi vəsaitin miqdarına nəzarət edə biləcəyini söyləyirlər.axar.az

Facebook Comments