“Qardaşımın qisasını alan hərbçimiz 2 gün sonra özü də şəhid oldu” -Şəhid gizirimizin qardaşı

2016-cı il Şanlı aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan gizir Elimdar Səfərovun döyüşlərdə edikləri indi də dillərdə dastandır.

Sozcu.az xəbər verir ki, Elimdarın həmyerlisi gizir Ağasadıq Aslanov İkinci Qarabağ savaşı zamanı PUA-ların üstünə Elimdarın adını yazıb. Bu haqda saytımıza danışan şəhid gizirimiz Elimdar Səfərovun qardaşı Elizbar Səfərov deyib ki, Ağasadıq özü də Qarabağ uğrunda döyüşdə qəhrəmancasına şəhid oldu:

“Ağasadıq Aslanov da Neftçala rayonunda doğulub boya-başa çatıb. İkinci Qarabağ savaşında iştirak edirdi. O, PUA-ların üstünə “Səfərov Elimdarın qisası” yazaraq fotolarını mənə də göndərmişdi. Elə oldu ki, Ağasadıq özü də şəhid oldu və mən atasıyla Füzuliyə gedib onun tabutunu rayona gətirdik. Ağasadıq da bütün şəhidlərimiz kimi böyük izdihamla dəfn edildi. Onun düşmən üzərində qələbəsi bir şəhid qardaşı kimi məni də sevindirdi. O fotolara baxanda ən azından bir az təsəlli tapdım. Bu gün isə torpaqlarımız işğaldan azad edildi və biz şəhid ailələri də sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.moderator.az

Facebook Comments