Azərbaycanın neft-qaz sektoruna sərmayələr 12% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 781,8 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çoxdur.

Dövlət Statistika Komitəsindən Sozcu.az-a verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin neft-qaz sektoruna 4 270,9 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

Facebook Comments