İsveç prokurorluğu Quranın yandırılmasına “qanuni” haqq qazandırdı… -RƏZALƏT

“Bu ilin avqust ayında Malmödə Quranın yandırılmasında millətlərarası nifrəti təhrik edən heç bir əlamət yoxdur”

Sozcu.az xəbər verir ki, yerli “Swedinfo” nəşrinin yaydığı məlumata görə, İsveç prokurorluğu bəhs edilən iş üzrə ibtidai istintaqın dayandırılmasına qərar verərək belə absurd və rəzil bir nəticəyə gəlib.

Cinayət 2020-ci ilin avqust ayında Danimarkanın ifrat radikal “Sərt kurs” partiyasının lideri Rasmus Paludanın İsveçin ən cənub şəhəri Malmödə müsəlmanların Müqəddəs Kitabının bir nüsxəsini nümayişkaranə şəkildə yandırmağa hazırlaşdığı zaman baş verib. Sonra polis onun İsveç krallığına girməsinə mane olub. Lakin Paludan tərəfdarlarından biri açıq şəkildə Quran nüsxəsini yandırıb və bu barədə sosial şəbəkələrdə bir açıqlama yayımlayıb. İsveç prokurorluğu etnik nifrəti təhrik etməklə bağlı ilkin istintaq başladıb. Lakin məhkəmə ötən cümə axşamı -noyabrın 12-də dayandırılıb.

“Cinayətin etnik nifrəti qızışdırmaq zəminində törədildiyini sübut etmək mümkün deyil. Quranın yandırılması özü qanunsuz deyil”- deyə nəşri Prokuror Sofiya Sirenin bütün dünya müsəlmanları üçün təhqiramiz açıqlamasını təqdim edib.moderator

Facebook Comments