Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında

Dövlət Tərcümə Mərkəzi ilə Almaniyanın “Lyrik Kabinett” Fondu
arasında olan əməkdaşlıq çərçivəsində Mərkəzin 2015-ci ildə nəşr etdiyi və
İngiltərənin paytaxtı Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan
şairlərinin poetik nümunələrinin toplandığı “Candles” – 101 verses (“Şamlar” –
101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan “Lyrik Kabinett” Fondu Avropanın
poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır.

Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə
nümunələrindən ibarət xeyli sayda kitab, audio, video materiallar, ədəbi jurnallar
və s. saxlanılır.

Keçid linki:
https://www.lyrik-kabinett.de/bibliothek/

Facebook Comments