Rusiyanın Voronej şəhərində “Baltimor” aerodromunda müddətli əsgərin öz yoldaşlarına balta ilə hücumu nəticəsində azı 3 hərbçi ölüb.
Sozcu.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin yerli hərbi bölməsi də faktı təsdiqləyib.
Hadisənin səbəbi açıqlanmayıb.
Bununla baelə yerli KİV-in məlumatına görə, noyabrın 9-da həmin əsgər balta ilə öz əsgər yoldaşlarına hücum edib. İddia olunur ki. onlardan birindən atvomat silahı alaraq atəş açıb.Report
Facebook Comments