Ultrasağçılar Fransada güclənir: Makron liderliyi itirdi

Fransanın Milli Birlik Partiyası ölkənin ən populyar partiyası olub.

Sozcu.az xəbər verir ki, bu nəticə “İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Belə ki, partiyanı dəstəkləyənlərin sayı əhalinin 22%-ni təşkil edib. Bununla Milli Birlik Partiyası Prezident Emmanuel Makronun rəhbərlik etdiyi İrəli Respublika Partiyasını ilk dəfə olaraq üstələməyi bacarıb.

Makronun partiyasının tərəfdarlarının sayının əhalinin 21,5%-ni təşkil etdiyi vurğulanıb.

Qeyd edək ki, Milli Birlik Partiyası ultrasağçı siyasi qüvvədir. Bu partiyaya Marin Le Pen rəhbərlik edir.(Axar.az)

Facebook Comments