“Barselona” “Liverpul”la oyuna bu heyətlə gedir SİYAHI

“Barselona” Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Liverpul”la qarşılaşacaq.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, ilk oyunda 3:0 hesabıyla qalib gələn “Barselona”nın səfər matçı üçün heyəti açıqlanıb. La Liqanın 36-cı turunun “Selta” ilə matçında (0:2) zədələnən Osman Dembelenin adı heyətə daxil edilməyib. Rafinya heyətə çağırılsa da, zədə səbəbindən sözügedən qarşılaşmada iştirak etməyəcək.

“Liverpul” – “Barselona” matçı sabah, saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi türkiyəli FİFA referisi Cüneyt Çakır olacaq:

Qapıçılar: Mark-Andre ter Ştegen, İnyaki Penya, Yasper Silessen;

Müdafiəçilər: Nelson Semedo, Jerar Pike, Kleman Lanqle, Xordi Alba, Tomas Vermalen, Samuel Umtiti, Ceyson Murilyo, Mussa Vaqe;

Yarımmüdafiəçilər: Karles Alena, Rafinya, İvan Rakitiç, Serxio Buskets, Serxio Roberto, Arturo Vidal, Artur, Filippe Koutinyo;

Hücumçular: Lionel Messi, Luis Suares, Malkom, Kevin-Prins Boatenq.(Komanda.az)

Facebook Comments