Şamaxının Şərədil kəndi içməyə su tapmır – MÜRACİƏT

Şamaxı rayonunun Şərədil kəndinin sakinləri susuzluqdan əziyyət çəkir.

Kənd sakinlərinin Sozcu.az-a verdkləri məlumata görə, Şərədil Kəndini içməli su ilə təmin edən iki bulağın, biri tam olaraq, biri də qismən quruyub. Ucqar dağlıq ərazidə yerləşən Şərədil kəndinin sakinləri uzaq məsafədən içməli suyu əlləri və maşınlarla gətirməyə məcbur olurlar. Bu da əlverişsiz hava şəraitində ciddi çətinliklər yaradır.

Kənd sakinləri bunu da bildirdilər ki, su ilə bğlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Dəfələrlə edilən müraciətdən sonra, kəndə içməyə yararsız olan artezian quraşdırıblar. Bu su isə içməyə yararsız olduğu üçün kənd sakinləri suya olan təlablatlarını ödəyə bilmirlər.

Sakinlər qeyd edirlər ki, torpaqlarımız uğrunda gedən savaşlarda Şərədil kəndinin də sakinləri yaxından iştirak edərək qəhramanlıq göstərirlər. İstər 1-ci Qarabağ savaşında, istərsə də, 2-ci Vətən savaşında da kənd vətən uğrunda şəhidlər verib. Hazırda kəndin 20-yə qədər  gənci könllü olaraq cəbhədə döyüşürlər.

Sakinlər aiddiyyəti qurumlardan kəndin su problemini həll etməyi xahiş edirlər.

Elşən Əlisoy

Facebook Comments