Ordun varsa, Yurdun var!

Ordun varsa, Yurdun var – bəli, bizim 10 milyonluq böyük bir ordumuz və bu orduya sahiblik edəcək gözəl bir Yurdumuz var! Azərbaycan xalqı necə güclü bir orduya sahib olduğunu bütün dünyaya sübut etdi və edir. Yurdumuzun hər qarış torpağı əzizdir, dəyərlidir. Qarabağımız isə bizim üçün Natavandır, Muğamın beşiyidir, Qarabağ xanlar diyarıdır.. Mənfur düşmənlərimizə göz dağı olan Qarabağımız nəhayət ki, yağı tapdağından təmizlənir!

Böyükdən-kiçiyə kimi hər kəs bugünü necədə səbirsizliklə gözləyirmiş ilahi! Yəqin ki, balacaların əllərində bayraqla “Qarabağ Bizimdir, bizim olacaq!” şüarı ilə keçirdikləri yürüşlərə şahid olmusunuz. Qarabağı görməyən körpələrin öz torpaqlarınını müdafiə etmək istəyi, fəxrlə bayrağımızı daşımaqları insana qürur verir. Qarabağımızın taleyi bu körpə ürəklərdədir. Bu körpələr həmişə Vətənin bütövlüyünü qoruyacaqlar, çünki onlar tarix yazan ordunun gələcək əsgərləridir. Şəhidlərimizin qanı bahasına azad olunan bu torpaqlarda öz övladlarımız deyə-gülə oynayacaq. Xarı bülbül daha solmayacaq. Çünki bu torpağın keçmişini unutmayan bir gələcəyi var!

Tarix boyu Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş mənfur düşmən yenə öz xislətindən əl çəkməyib.. Gəncədə, Bərdədə terror hadisələri törədib və sivil vətəndaşlarımızın, həmçinin azyaşlıların ölümünə səbəb olub. Bu isə Azərbaycan xalqının necə namərd bir düşmənlə üz-üzə qalmasının bariz nümunəsidir. Xalq öz bütövlüyünü, qorxmazlığını Gəncə, Bərdə əhalisinin timsalında da bir daha göstərdi. Gəncə sakini olan balaca Bəxtiyarın yaralı olmasına baxmayaraq gülümsəməsi düşmənə verilə biləcək ən böyük cavab idi.

Xalqın birliyi, orduya, dövlətə dəstəyi bu milləti dahada yenilməz edəcək! İmkanından asılı olmayaraq hər kəsin müharibəyə kömək etmək istəyi, hərbi fonda, əsgərlərə yardımı danılmazdır. Bayrağımızın işğalda olan torpaqlarımızda dalğalanması uğrunda canını verən Mübariz İbrahimov, Polad Həşimov, Cəbrayıl Dövlətzadə kimi bir çox şəhidlərimiz daima xalqın yaddaşında, ürəklərdə yaşayacaqlar! Necə deyərlər Şəhidlər ölməz, Vətən bölünməz! Ümid edirik ki, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günündə üç rəngli bayrağımız Şuşada dalğalanacaq!

Bayraqları bayraq yapan üstündəki qandır

Toprak əgər uğrunda ölən varsa , Vatandır!

Sünbül Zalova
BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Facebook Comments