Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi

Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bildirilir. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Facebook Comments