Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı İlqar Hümbətov Sabirabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, daha öncə Sabirabad RPŞ-də Narkotiklərlə Mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb.

Facebook Comments