“Şuşa şəhəri tezliklə işğaldan azad olunacaq”

“Ali Baş Komandan İlham Əliyevin Şuşaya bir nəfəs qədər yaxın olmağımızı bəyan etməsi Azərbaycan ordusunun Yuxarı Qarabağda son günlər inamla irəlilədiyindən xəbər verir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Şuşanın relyefi və yerləşmə mövqeyi strateji olmaqla yanaşı bu qədim Azərbaycan şəhərinin işğaldan azad edilməsi üçün taktiki hərbi yanaşmalar vacibdir və bu da həyata da keçirilməkdədir: “Şuşaya nəzarət edən Qarabağa nəzarət edir. Ordumuzun nəfəsi artıq Şuşa şəhərindədir. İnanırıq ki, tezliklə bizim üçün qürur mənbəyi olan Şuşa şəhəri işğaldan azad olunacaq. Bu Azərbaycan üçün yeni mərhələnin başlanğıcı deməkdir… Qarabağ Azərbaycandır!”

Facebook Comments