“Gözlədiyimiz bütün xoş xəbərləri bu həftə eşidəcəyik”

“Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun böyük nümayəndə heyəti ilə Bakı səfərindən də bəlli oldu ki, bu həftə Qarabağ üçün həm hərbi, həm də siyasi cəhətdən həlledicidir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Bu həftə ərzində cəbhədə tam və qəti qələbənin çalınması və gavır qonşularımızın diplomatık müstəvidə məğlub edilməsi gözlənilir. Gavır sözünü təsadüfən işlətmədim, biz tərəflədə dinsiz, imansız, mərhəmətsiz və inadkar adamlara gavır deyərdilər. Məsələ burasındadır ki, Ermənistanın hazırkı hərbi-siyası rəhbərliyinin mənasız inadkarlığı nəticəsində ermənilərin itkiləri artıq həndəsi silsilə ilə artır. Elə ona görə də ermənilər 3 günür ki, canlı qüvvə itkiləri barədə əvvəllər verdiyi rəsmi açıqlamaları da dayandırıblar. Çünki, son günlər Qırmızı Bazar ətrafında yarım mühasirəyə düşən ermənilərin artıq qaçmağa da yeri qalmadığından saysız-hesabsız itkilər verirlər. Qorunmaq üçün mövcud olan bunkerləri, səngərləri və istehkamları da Azərbaycan ordusunun ardıcıl və sistemli zərbələri ilə sıradan çıxarılır, onları Müdafiə Nazirliyinin hər gün bir neçə dəfə açıqladığı video süjetlərdən də görmək mümkündür. Bütün bunlara rəğmən erməni hərbi-siyasi rəhbərliyinin inadkarlıq etməsi yalnız belə şərh oluna bilər. Görünür ki, Emənistanda hazırkı hakimiyyət məğlub ordunun əsgər və zabitlərinin geriyə sağ və narazı qayitmasında maraqlı deyillər. Məhz ona görə də erməni əsgər və zabitlərinin sonadək qırılması üçün müharibənin uzadılmasına çalışırlar. Azərbaycan ordusu isə əksinə Gorus-Laçın-Şuşa-Xankəndi yolunu bilərəkdən açıq saxlamaqla erməni hərbiçilərinin Qarabağı tərk etməsinə şərait yaradır, Laçın yolunu indiyədək açıq saxlayır və geri dönənlərə maneçilik törətmir. Göründüyü kimi Paşinyanın yeganə çıxış yolu təslim olmaqdır. Əks təqdirdə yalnız Qarabağı deyil, Ermənistanı da itirə bilər. Gözlədiyimiz bütün xoş xəbərləri bu həftə eşidəcəyik” – Q.İbadoğlu qeyd edib.

Facebook Comments