BMT TŞ-nın son qapalı iclası ermənilərin belini qırdı…

Qondarma “dqr” rəhbərlərinə aid telegram səhifəsində ermənilər üçün QARA XƏBƏR paylaşılıb.

BMT TŞ (Təhlükəsizlik Şurası) iclası barədə bunlar yazılıb: “BMT TŞ “Arsax” la bağlı heç bir qərar vermədi. Təhlükəsizlik Şurasının 19 oktyabr tarixli qapalı iclasında tərəflər gözlənilən bəyanat və onun formulası ilə bağlı konsensus əldə edə bilməyiblər…”

Qeyd edək ki, BMT TŞ -nin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş iclasının ideyası və prosedur üzrə təklifi ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa tərəfindən irəli sürülmüşdü.

ABŞ saatı Bakı vaxtından 9 saat geri olduğu üçün iclas bizə görə gec zamanlara təsadüf edib.

İclas haqqında ilk anonsları da Ermənistan tərəfi yayıb. Çünki onlar BMT TŞ iclasına bir qurtuluş şansı kimi baxırdılar. Anlaşılan budur ki, bu şansı da itiriblər.

BMT TŞ ermənilərin belini qırdı, deyə bilərik.Musavat.com

Facebook Comments