Ərəb diplomat: Fələstin buna görə uğursuzdur

Səudiyyə Ərəbistanı Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və diplomat Bəndər Bin Sultan Fələstin hakimiyyətini kəskin şəkildə qınayıb.

Sozcu.az xəbər verir ki, Bəndər Sultan İsrail və BƏƏ arasında imzalanan sazişi tənqid edən Fələstin hakimiyyətini uğursuz adlandırıb.

O bildirib ki, sözügedən ölkə rəsmiləri artıq tənqidi açıqlamaları ilə həddini aşır:

“Fələstin mübarizəsi haqlı mübarizədir. Lakin müdafiəçiləri uğursuzdur. İsrailin mübarizəsi isə haqsızdır, amma müdafiəçiləri uğurlu olduğunu təsdiqləyib. Son 70 və ya 75 ildə baş verənlər bunu göstərir”.

Facebook Comments