Yunan mediasından Maraş açıqlaması: Mane ola bilmədik

Şimali Kipr Türk Respublikasının “Kabus şəhər” adlandırdığı Qapalı Maraşın turistlər üçün açılması xəbəri yunan mediasında geniş müzakirələrə səbəb olub.

Sozcu.az xəbər verir ki, yunan mediası bütün manelələrə baxmayaraq, şəhərin turistlər üçün açılmasına əngəl ola bilmədiklərini qeyd ediblər. Hətta Kiprin yunan icmasının lideri Nikos Anastasiadis bildirib ki, Qapalı Maraşın açılmaması üçün bütün diplomatik kanalları işə salıb.

Nikos Anastasiadisin sözlərinə görə, Almaniya kansleri Angela Merkelin, eləcə də ingilis və amerikalı siyasətçilərin bu məsələdə Ankaraya təsiri bir fayda verməyib.

Şimali Kipr Türk Respublikasının baş naziri Ərsin Tatar isə Qapalı Maraşın sahil hissəsinin yenidən açılmasının Kiprin türk icmasının həyatında yeni bir mərhələ olacağını bildirib:

“Biz siçanlara ev sahibliyi edən bir şəhəri yenidən həyata qaytarırıq. Çox qərarlıyıq. “Kabus şəhər” yenidən insanlığın xidmətində duracaq. Bu, şərəfli bir addımdır. 46 ildir bağlı olan şəhər yenidən həyata qayıdır. Atdığımız addımın önündə aciz deyilik. Çox sevincliyik”.

Facebook Comments