“Paşinyanın açıqlaması aldadıcıdır”

“Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “Ermənistan və Dağlıq Qarabağ güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa. Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir”. Bu çox aldadıcı bəyanatdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, Nikol Paşinyan ölkəsində söz sahibi deyil, parlament və xarici işlər nazirliyi mövqe qoymalıdır: “Ermənilər heç vaxt sözlərinə əməl etməyiblər. Odur ki, Müdafiə naziri Zakir Həsənov döyüş əmri icra olunmalıdır: Vur komandir, Vur!”

Facebook Comments