ABŞ səfiri Gəncəyə raket hücumundan yazdı

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Ermənistan silahlı qüvvələrinin Gəncəyə hücumunu pisləyib.

Sozcu.az xəbər verir ki, Sekuta bu barədə Tvitter səhifəsində yazıb.

“Ermənistanın bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücumu Dağlıq Qarabağdan çox uzaqdır və münaqişəni daha da böyüdür. Ermənistan həm də Avrasiya üzərindən Rusiya və İran ərazisindən keçməyən yeganə quru nəqliyyat marşrutu və hava dəhlizinə hücum edir”, – R. Sekuta bildirib.

Facebook Comments