“Qarabağ” bu gün Polşaya gedir

Avropa Liqasının pley-off mərhələsində səfərdə “Legiya” ilə qarşılaşacaq “Qarabağ” bu gün Polşaya yola düşəcək.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilməyib. Səfər proqramında dəyişiklik olmayıb və komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya gedəcək.

Qeyd edək ki, oktyabrın 1-i keçiriləcək “Legiya” – “Qarabağ” oyunnu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Facebook Comments