Türkiyəli millət vəkili: “Azərbaycan haqlı olaraq Ermənistana cavab verir”

Ermənistan ordusu Azərbaycanın dinc yaşayış yerlərinə hücum edib.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı, məşhur jurnalist Atilla Sertel bildirib.

“Azərbaycan ordusu haqlı olaraq, Ermənistanın təxribatçı hücumlarına cavab tədbirləri görür. Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində cavab addımlarını atır.

Azərbaycan yalnız deyil. Biz qardaşlarımızın yanındayıq. Yaşasın Azərbaycan!”,-deyə millət vəkili qeyd edib.

Facebook Comments