“Azərbaycan hakimiyyəti ləngimdən işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisinin toplantısı keçirilib. Onlayn formatda keçirilən toplantı dövlət himni və şəhidlərin xatirəsinin yad olunması ilə başlanıb.QAT Ali Məclisinin sədri Barat İmani müzakirə olunacaq məsələləri təqdim edib, gündəlik təsdiq olunub.

İlk olaraq təşkilati məsələlərə baxılıb. QAT Quba rayon şöbəsinin yeni seçilmiş sədri Əlişan Qasımovun Ali Məclis üzvü kimi səlahiyyətləri təsdiq olunub, Qarabağ qazisi Zaur Bayramoğlu Ali Məclisə, ziyalı xanımlar Səadət Məhərrəmova və Gülçöhrə Məmmədzadə İdarə heyətinə üzv seçiliblər.

QAT sədri Akif Nağı Ali Məclisin son iclasından ötən 3 ay ərzində görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib, hazırkı vəziyyət və təşkilatın vəzifələrinə dair məruzə ilə çıxış edib. Barat İmani, Sevinc Axundova, Hacı Fərman Məmmədov, Səadət Məhərrəmova, Abdal Qəhrəman, Zaur Bayramoğlu, Haşim İsgəndərli(Naxçıvan), Əlişan Qasımov (Quba), Babək Sadıqov (Tərtər), Firuzə Əsədullayeva, Afaq Əhmədova, Sahib Musayev, Abdulla Məmmədov, Osman Kərimov, İlqar Əlişanov, Hacı HacıağaNuri, Elxan Rəhimov (Şəki), Polad Soltanov (Zaqatala), Səyyarə İsmayılova (Naftalan), Aysəma Abdullayeva, Arzu Qasımova, Kərəm Səfərov, Burzu Qılıncxanov, Rəhim Məmmədov (Ağdam), Nəriman Pirəliyev (Qusar), İlham Xəlilov (Samux), İlham Quliyev, Tahir Bayramov, Gülçöhrə Məmmədzadə, Nəriman Mirzəlili (Kəlbəcər), Hacı Əkbər Rüstəmov, Zeynəb Bayramova və digərləri müzakirələrdə çıxış edib, fikir və təkilflərni bildiriblər. Məruzə və çıxışlarda ölkədaxili və xarici amillər nəzərə alınmaqla Qarabağın işğaldan azad olunması istiqamətində cərəyan edən hadisələrə münasibət bildirib, müsbət tendensiyalar qeyd olunub. Sonda müzakirə olunan məsələlərlə bağlı uyğun qərarlar, həmçinin bəyanat qəbul edilib.

Ali Məclisin qəbul etdiyi bəyanatda göstərilir: “İşğalçı Ermənistanın hərəkətləri artıq heç bir ölçü bilmir, bu işğalçı ölkənin barşmaz mövqeyi Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasını mümkünsüz edib, Azərbaycana müharibədən başqa yol qoymayıbdır. Düşmən o qədər həyasızlaşıb ki, Azərbaycanı hətta yeni müharibə ilə hədələyir. Müşahidələr göstərir ki, Azərbaycan düşmənin istənilən həmləsini dəf etməyə hazırdır, ehtiyada olan hərbi qulluqçuların son hərbi toplanışlara cəlb edilməsi, son dövrdə keçirilən hərbi təlimlər, əhalinin içərisindəki ruh yüksəkliyi bunu aydın şəkildə göstərdi. Azərbaycan xalqın müharibəyə hazırdır və müharibə tələb edir. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın daha da genişləndirliməsi, iki qardaş ölkənin siyasi və hərbi rəhbərlərinin birlik nümayiş etdirməsi, digər dost ölkələrin də Azərbaycana dəstəyi Dövlətimizə, Xalqımıza, Ordumuza əlavə güc verir.

Bu şəraitdə, müharibəyə hazırlaşdığımız vaxtda Azərbaycanda və xaricdəki bəzi soydaşlarımızın təxribatçı hərəkətlərini qətiyyətlə qınayırıq. Kimlərsə Azərbaycan Ordusunu gözdən salmağa, qələbəmizə inamı zəiflətməyə, ruh düşgünlüyü yaratmağa, pozuculuq etməyə çalışırlar. Bu cür hərəkətlər yalnız erməni düşmənlərin maraqlarına xidmt edir, ona görə də erməni mərkəzləri, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyi, istiqamətləndirildiyi, maliyyələşdirildiyi heç kəsdə şübhə doğurmamalıdır. Biz bu xəyanətkar işlə məşğul olanları özləri bir yana, övladlarının taleyini, “xainlərin övladı” damğası ilə necə yaşayacaqlarını düşünməyə, bütün vətəndaş və soydaşlarımızı isə bu cür təxribatlara uymamağa çağırırıq.

Bir daha bəyan edirik ki, Azərbaycan hakimiyyəti ləngimdən işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır. Başqa yol yoxdur! Ya Qarabağ, ya ölüm!

Facebook Comments