Türkiyə amfibiyası Afinanı qorxuya saldı

Türklər yunan sahillərinə girmək üçün ZAHA zirehli amfibiya hücum vasitələri istehsal edir.

Sozcu.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

“Əvvəlcə türklər ZAHA haqqında məlumat paylaşdılar. Onlar bununla əllərində çox yaxşı hərbi texnika olduğunu göstərdilər. Zirehli texnikanın hər biri 20-21 heyət daşıma qabiliyyətinə malikdir. Bu vasitənin türk ordusunda görəcəyi yeganə iş yunan adalarına girməkdir. Çünki Türkiyəyə ən yaxın Yunanıstan sahilləridir”, – məlumatda bildirilib.

Facebook Comments