Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi haqda qərar verdi?..- FOTO

Sakinlərin yalnız ən lazımlı şeyləri özləri ilə götürə biləcəyi qeyd olunur…

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “müdafiə nazirliyi” və “təhlükəsizlik xidməti”ndə ermənilərin ərazidən təcili təxliyyəsi haqda sənəd imzalanıb.

Sozcu.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında və sosial şəbəkələrdə yayılıb. Sənəddə qondarma rejimin qanunsuz “müdafiə nazirliyi”nin Qarabağdakı ermənilərə təcili evakuasiyaya hazır olmaqları barədə xəbərdarlıq etdiyi bildirilir.

Ancaq məlumatda eyni zamanda iddia edilir ki, guya bu, Azərbaycan hakerləri tərəfindən erməniləri təşvişə salmaq üçün yayılan feyk-xəbərdir. Həmin fikri isə yalnız Ermənistanın informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan bildirir. İstər işğalçı ölkənin, istərsə də separatçı-terrorçu rejimin müvafiq qurumları bu xəbəri təkzib edən heç bir bəyanat yaymayıb.moderator

Facebook Comments