Vilayət Eyvazov bu rayona yeni rəis müavini təyin etdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Sozcu.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Çevik Polis alayında komandir vəzifəsində çalışıb.

Facebook Comments