DİN Akif Nağının müraciətinə münasibət bildirdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı QAT Tərtər şöbəsinin sədr müavini Ziya Mahmudovun həbs edilməsi və şöbənin sədri Babək Sadıqovun həbsinə cəhd olunması iddiası ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı  Sozcu.az saytına bildirib ki, Ziya Mahmudovun və Babək Sadıqovun həbs olunması ilə bağlı deyilənlər doğru deyil. Ziya Mahmudov polisin qanuni tələbinə tabe olmadığı üçün polis şöbəsinə dəvət edilib və onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəs buraxılıb.

Facebook Comments