“Atam sağ olsaydı mənim nə kreditə, nə də ki mənzilə ehtiyacım olmazdı”

Azərbaycanın Milli Qəhraman, şəhid Yusif Mirzeyevin övladı Nurlana Mirzəyeva Moderator.az vasitəsilə İpoteka və Kredit zəmanət fondunun icraçı direktoru cənab Fəxri Kazımova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“İpoteka və Kredit zəmanət fondunun icraçı direktoru cənab Fəxri Kazımova

Bakı ş. Nəsimi rayonu Azadlıq prospekti ev 70 mənzil 58-də yaşayan Mirzəyeva Nurlana Yusif qızı tərəfindən

Tel: 051 330 56 59

Müraciət

Hörmətli Fəxri bəy!

Mən Azərbaycanın Milli Qəhraman, şəhid Yusif Mirzeyevin övladı olaraq sizdən xahiş edirem ki mene güzəştli şərtlərlə mənzil almaq üçün ayrılmış ipoteka kreditinin təmin olunmasına köməklik göstərəsiniz. Dövlətimizin bizə göstərdiyi qayğı və diqqət sayəsində menım sosial durumum imkan verir ki, mən də güzəştli ipoteka krediti hesabına mənzil şəraitimi yaxşılaşdırım. Qanunvericiliyi yaxşı bilməməyim və digər səbəblərdən Bank (Bankofbaku ASC) güzəştli kreditin verilməqsini gecıkdirir. Demək olar ki bütün proseslər yekunlaşmaq üzrədir, hətta 5000 manat beh də verilib almaq istədiyim mənzilin sahibinə. Mənim atam Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi üçün canından keçdi. Ona görə şəhid oldu ki bizlər firavan və azad yaşayaq. Atam sağ olsaydı mənim nə kreditə nə də ki mənzilə ehtiyacım olmazdı… 3 uşaq anası ve şəhid övladı kimi bir daha mənə kömək edilməsinə göstəriş vermeyinizi rica edirem. Mənə kredit zəmanət fondu hesabına güzəştli şərtlərlə kredit ayrılmasına qərar qəbul etmək vəzifənizlə yanaşı qeyrət və vicdan məsələsidir. Müaribə şəraitində yaşayırıq, gələcək günlərdə bizi döyüşlər gözləyir. Mərd oğullar döyüşə yollananda gözləri arxada qalmamalıdır ki, onun övladı hansısa bir xırda kağız parçasının çatişmadığı üçün dövlət qayğısından kənarda qalsın. Dövlətimizin və prezidentimizin siyasətidir bu. Təşəkkür edirəm və sizdən ədalətli qərar gözləyirəm.

15. 09. 2020-ci il. Nurlana Mirzəyeva”

Facebook Comments