Vilayət Eyvazov şöbə rəisini işdən çıxardı

Bakıda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Facebook Comments