Vilayət Eyvazov bu rayonun yol polisinə yeni rəis təyin etdi

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Sozcu.az “apa”ya istinadla xəbər verir ki, Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, bu vəzifəyə polis kapitanı Ruslan Zalov təyin edilib.

Qeyd edək ki, R.Zalov bu təyinata qədər Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsində işləyib.

Facebook Comments