Çavuşoğlu rusca danışdı: Putinlə də zarafat edir…

Türkiyə Xarici İşlər Mövlud Çavuşoğlu Ankarada konqolu həmkarı Jan-Klod Qakosso ilə görüşü zamanı ona rus dilində müraciət edib.

Sozcu.az xəbər verir ki, birgə konfrans bitdikdən sonra Çavuşoğlu həmkarına rusca “Spasibo bolşoye” (Çox sağ olun) deyib.

Bundan öncə Çavuşoğlu rus dili ilə bağlı biliklərindən razı olduğunu, hətta görüş zamanı Rusiya Prezidenti Vladimir Putinlə də zarafat etdiyini bildirib.

Qeyd edək ki, Qakosso 1983-cü ildə Leninqrad Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib və rusca yaxşı bilir. Sonralar o, ölkəsində uğurlu siyasətçi kimi müxtəlif postlarda təmsil olunub.

Facebook Comments