“Bir mayor və iki erməni əsgərini öldürmüşəm…” -Qarabağ qazisi ölkə başçısına müraciət etdi -VİDEO

Qaradağ rayon Ümid qəsəbəsi bina 7, mənzil 49-da yaşayan Qarabağ müharibəsi veteranı Atakişiyev Zaur Tiflis oğlu bel yırtığından əziyyət çəkir.

Z.Atakişiyev Moderator.az-a ünvanladığı video-müraciətdə ölkə başçısı cənab İlham Əliyevdən və Birinci Vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyib:

“Burdan möhtərəm prezidentimiz İlham Əliyev cənablarına və onun xanımı Mehriban xanım Əliyevaya səslənirəm. Mən Qarabağ müharibəsi veteranıyam. 1992-ci ildən 1996-cı ilə kimi, dörd il üç aydan artıq Qarabağ döyüşlərində iştirak etmişəm. Baxmayaraq ki, ermənilər bizim əsgərlərin bir neçəsini vəhicəsinə qətlə yetirib, onların üçünün qisasını mən almışam. Bir erməni mayor rütbəli erməni zabitini və iki nəfər də əsgərini öldürmüşəm. Amma indi belimdə problem yarandığı üçün hərəkət edə bilmirəm. Möhtərəm cənab prezident belimdən əməliyyat olunmağım üçün mənə köməklik edin və ayağa qalxıb yenə vətənimə xidmət etməyə hazıram. Ümidim sizədir cənab prezident, hörmətli Mehriban xanım, Allah sizdən razı olsun”.

Sozcu.az

Facebook Comments