“Azərbaycanı satqın ermənilərin əli ilə 200 ildir ki, təzyiq altında saxlayırsan”

Qabil Hüseynli: “Rusiya ilə bağlı siyasətimizə ciddi şəkildə yenidən baxmalıyıq”

“Baş verənlər göstərir ki, Rusiya artıq açıq kartla oynamağa başlayıb. Siyasi etikanın bütün normalarını pozaraq, meydan oxuyurmuş kimi addımlar atır. Bu, dövlətlərarası müansibətlərə, BMT-nin müəyyənləşdirdiyi qaydalara sığmayan bir davranışdır”.

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspertin sözlərinə görə, Kremlin atdığı addımlar Rusiya ilə münasibətlərə yenidən baxmağı zəruri edir:

“Putin deyir ki, Naxçıvan öz sahibinə qaytarılmalıdır. Adamdan soruşarlar ki, sən beynəlxalq münsifsən, BMT-nin baş katibisən, kimsən axı? Vaxtiylə Kiyevin ətrafıdna 340 min kvadrat kilometrlik bir əraziyə sahib olmusan. Indi isə 18, 5 milyon kvadrat kilometrlik əraziyə sahiblənmisən. 250-dən artıq xalqı öz həbsxananda saxlayırsan. Vaxtiylə 300 il əsarətində qaldığın tatarların bütün haqlarını, hüquqlarını əlindən almısan. Başqırdlar, çuvaşlar, digər türkdilli xalqlar da bunun kimi. Axı sənə bu haqqı kim verib? Ukraynanı, Gürcüstanı param-parça etmisən. Belarus da yəqin ki, yaxın gələcəkdə bu vəziyyətə düşəcək. Azərbaycanı satqın ermənilərin əli ilə 200 ildir ki, təzyiq altında saxlayırsan. Buna görə də Rusiya ilə bağlı siyasətimizə ciddi şəkildə yemidən baxmalıyıq”.

Facebook Comments