Bayram Məmmədovun həbs müddəti başa çatıb

Keçmiş ”heykəl məhbusu” evinə gəlib

Keçmiş “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədovun inzibati həbs müddəti başa çatıb.

O, aprelin 29-da azadlığa çıxıb.

Bu barədə məlumatı Bayram Məmmədovun dostları sosial şəbəkələrdə paylaşıblar. Onlar Bayram Məmmədovun evə getməsi ilə bağlı fotolarını qoyublar.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka inzibati həbs cəzası alıb.

O, 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra narkotik ittihamıyla həbs olunub, 10 il cəza almışdı.

Bayram Məmmədov prezident İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamı ilə azadlığa çıxmışdı.(Meydan tv)

Sozcu.az

Facebook Comments