“Bizimkilər gedib Putinə desin ki, sənin indi oturduğun Kremli azərbaycanlı tikib…”

“Mən Zeynalabdin Tağıyevi Azərbaycan xalqının sifəti adlandırıram…”

“Onun bu xeyriyyəçiliyini pakistanlılar orta məktəb dərsliklərinə salıblar. Ona görə də bu gün hansı pakistanlını danışdırsan, Azərbaycan xalqına böyük rəğbəti var”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Hacı Zeynalabdin Tağıyev haqda danışarkən deyib. O, Z.Tağıyevin həmişə anılacağını bildirib:

“Hacı Zeynalabdindən sonra onun kimi xeyriyyəçi olan iş adamı Mübariz Mənsimovu tanıyıram. Çox təəssüflər olsun ki, Mübariz bir müddətdir ki, həbsdədir, amma inanıram ki, o, azadlığa çıxacaq. Mən Zeynalabdin Tağıyevi Azərbaycan xalqının sifəti adlandırıram. O, kişi bir işiylə Azərbaycan-Pakistan münasibətlərində çox böyük addım atıb. Belə ki, əsrin başlanğıcında pakistanlılar vəba xəstəliyindən qırılırdılar. Vaksin almağa isə pulları belə yox idi. Zeynalabdin Tağıyev öz hesabına vaksin alarak Pakistana göndərib və onları bu bəladan xilas edib. Onun bu xeyriyyəçiliyini pakistanlılar orta məktəb dərsliklərinə salıblar. Ona görə də bu gün hansı pakistanlını danışdırsan, Azərbaycan xalqına böyük rəğbəti var. Bizimkilər də gedib Putinə desin ki, sənin indi oturduğun Kremli azərbaycanlı tikib, orta məktəb kitablarına salsınlar. İlk dəfə bu məsələni mən qaldırmışam. Z.Tağıyev xalqına çox böyük hörmət qazandırıb. Əminəm ki, Z.Tağıyevin yerini M.Mənsimov tutacaq. Z.Tağıyev həmişə anılmalıdır”.

Qeyd edək ki, bu gün Hacı Zeynalabdin Tağıyevin vəfatından 96 il ötür.

Facebook Comments