6 uşaq anası: “Bəzi uşaqlara baxıb deyirlər ki, biz nə vaxt təzə paltar geyinəcəyik?” – Video

Onların nə evi var, nə mülkü, iki inəyi, bir neçə ördəyi və toyuğu var. Bu inəklərin də otunun tayası bu yaxınlarda yanıb.

6 uşaqlı bu ailənin bu gün yemək almağa imkanı yoxdur. Dünən də olmayıb. Sabaha da ümidləri yoxdur.

İsmayıllı rayonunun Bizlan kəndində baba evində yaşamağa məcbur olan ailə, qışda buranı isidə bilmir. Evin döşəməsi torpaqdandır və evdə cəmi 2 çarpayı var.

Üstəlik uşaqların nəinki yeməyi, həm də geyimi çatışmır. Yeni dərs ilinin başlamasına az qalıb, ailə uşaqları məktəbə necə göndərəcəyini bilmir.

Daha ətraflı müxbir Aygül Mehmanın reportajında izləyin.

Facebook Comments