Təbrizdə yaşayış evində partlayış baş verib

Güney Azərbaycanın Təbriz şəhərində yaşayış evində baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə, Şərqi Azərbaycanın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya məlumat verib.

Onun sözlərinə görə, hadisə avqustun 30-da Təbriz vaxtilə saat 8:44 radələrində baş verib.

Hadisə zamanı xəsarət alan 5 nəfər Təbrizin “Sina” xəstəxanasına yerləşdirilib. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilib.

Facebook Comments