Azərbaycanda yeni tədris ili 15 sentyabrda başlayır – RƏSMİ

“Təhsil müəssisələrinin açılmasını nəqliyyatda, iş yerlərində, ailələrdə virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq. Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir”.

Sozcu.az xəbər verir ki, bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir: “Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”.

Facebook Comments