“Lavrov yalnız Rusiyanın deyil, Ermənistanın da nazirdir, buna belə baxılmasa, biz hələ çox uduzacağıq”

Bu gün Moskvada baş tutan Ceyhun Bayramov-Sergey Lavrov görüşündən sonra Rusiya XİN başçısının həyasızcasına “təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu qəbuledilməzdir” bəyanatı ilə əslində Türkiyənin həmsədrliyinə qarşı çıxması sülh danışıqlarının mənasız vaxt itkisi olduğunu bir daha isbatladı.

Siyasi analitik Qafar Çaxmaqlı da C. Bayramovun Moskva səfərini Moderator.az-a şərh edərkən ikiüzlü həmsədrlərin vasitəçiliyi ilə aparılan uğursuz sülh danışıqlarından imtina edilməli olduğunu deyir:

“Daha öncələr də ifadə etmişdim. Türkiyənin vasitəçiliyinə Rusiya və Minsk qrupundakı digər həmsədr ölkələrin razılıq verməsi mümkün deyil. Çünki tərəflərin iradəsi rol oynamalıdır. Ermənistan birmənalı bunu istəmir. Lavrov özü isə yalnız Rusiyanın deyil, eyni zamanda Ermənistanın nazirdir. Buna belə baxılmasa, hələ biz çox uduzacağıq. Şəxsən mən bu görüşdən heç bir olumlu bir şey gözləmirdim və indiyəcən aparılan danışıqları da Rusiya Ermənistanın mövqeyinə uyğun aparıb. Hər zaman həmsədrlərin dəyişdirilməsinə də Rusiya mane olub. Yadınızdadırsa bir neçə il öncə Fransanın yerinə Almaniyanın olması məsələsi qaldırılanda buna yenə Rusiya imkan verməmişdi. Danışıqların formatının dəyişdiriməsinə gəlincə, əvvəllər danışıqların formatının dəyişdirilməsindən daha çox Paşinyanın danışırdı, o zaman ermənilər başqa məqsəd güdürdülər, görünür Rusiya həmin taktikanı ona görə dəyişdirir ki, artıq regionda Türkiyə faktoru var. Hər hansı format dəyişikliyi Ermənistanın xeyrinə olmaya bilər. Gördüyünüz kimi Rusiyanın erməni naziri Ermənistanı təmsilən çıxış edir və dəyişikliyin yolverilməzliyi kimi cəfəng fikir söyləyir. Dediyim kimi, formatı vasitəçilər deyil, tərəflər təklif edə bilərlər. Lavrov indiki durumda etdiyi bu çıxışla münaqişənin beləcə davam etməsini istəyir. Azərbaycan bütün bunları kənara atıb ümumən vasitəçilik ınstitutundan imtina etməlidir. Minsk üçlüyü artıq etibarını itirib. Artıq o tərəfidir. Lavrovun bu həyasız bəyanı da onun yüzlərcə sübutlarından biridir.

Sozcu.az

Facebook Comments