Hadi Rəcəblinin nəvəsinin toyu ilə bağlı açıqlama: “Toy deyil, yığıncaq olub”

Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə təşkil etdiyi toy mərasimi barədə xəbərlər, bu gün isə həmin mərasimdən videogörüntülər yayılıb. Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən mövcud karantin qaydalarına görə beş nəfərdən artıq şəxsin toplaşması qadağan olsa da, keçirilən toy məclisində 150 nəfər qonağın iştirak etdiyi iddia olunur.

Sozcu.az-ın xəbərinə görə, sözügedən mərasimdə iştirak edən ailə üzvlərindən olan Mirmöhsüm Dadaşov çıqlamasında yayılan informasiyaların təhrif olunduğu bildirib. Onun sözlərinə görə, heç bir toy mərasimi keçirilməyib:

“Bu sadəcə nikaha görə dostlar arasında keçirilən kiçik yığıncaq olub. Restoran açıq havada fəaliyyət göstərib və 10 nəfərdən artıq qonaq olmayıb. Masalar qaydalara uyğun şəkildə müəyyən məsafələrdə qoyulub. Yığıncaq saat 10-a qədər davam edib və orada ailə üzvləri olmayıb. 150 nəfərin iştirak etməsi və toy mərasimi olmasına dair xəbərlər yanlışdır. Karantin qaydalarına görə, restoranların axşam saat 10-a qədər fəaliyyətinə icazə var. Biz də restoran bağlananda oranı tərk etmişik”.Oxu. az

Facebook Comments