“30 ildir atama, bacılarıma, qardaşıma baxıram” – Mətanət

“Müğənnidən qız almaram deyənin dünya görüşü yoxdur”.
Sozcu.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli ARB TV-nin “Hüseynova bacıları” proqramında deyib.

Müğənni həmkarlarının sənət adamları ilə bağlı açıqlamalarına cavab verib:

“30 ilə yaxındır ki, evə çörək gətirirəm. Tək canımla atama, anama, qardaşıma, bacılarıma baxıram. Atam hərdən deyir ki, sən mənim oğlumsan. Müğənnilər öndədir deyə, qurunun oduna yaş da yanır. Kim deyirsə, müğənnidən qız almaram, səhv söz işlədir”.(Axşam.az)

Facebook Comments