Savalan dağında 2 güney azərbaycanlı alpinist həyatını itirib

Güney Azərbaycanın Ərdəbil əyalətində Savalan dağı zirvəsinə qalxan 2 azərbaycanlı alpinist həyatnı itirib.

Bu barədə, Meşkinşəhr Qızıl Aypara Cəmiyyətinin rəisi Şəhram İbrahimi bu gün mediaya açıqlamasında məlumat yayıb.

O bildirib ki, avqustun 21-də Savalan dağında 2 alpinistin qəzaya uğraması barədə məlumat daxil olan kimi Qızıl Aypara Cəmiyyətinin xilasediciləri hadisə yerinə yollanıblar: “Savalan dağına gedən əməkdaşlarımız hər iki alpinistin cəsədlərini çətin və dolanbaclı yollarla aşağıya endirərək Meşkinşəhrin “Vəliyyi-əsr” xəstəxanasına köçürüblər.

Həyatını itirən həmin alpinistlərdən birinin 65 yaşı var və o “Canpənah” adlandırılan alpinistlərin kurortu yaxınlığında qəfil ürək tutmasından vəfat edib. 40 yaşı olan digər alpinist isə uçurumdan düşərək həyatını itirib.

Təəssüflər olsun ki, bununla da son bir ayda Savalan dağında müxtəlif səbəblərə görə həyatını itirən alpinistlərin sayı 3 nəfərə çatıb” –deyə, Meşkinşəhr Qızıl Aypara Cəmiyyətinin rəisi Şəhram İbrahimi əlavə edib.

Şəhnam İbrahimi Savalan dağında ölən alpinistlərin adlarını mediaya açıqlamayıb.

Facebook Comments