“İndiki şəraitdə bunu nümayiş etdirmək nə tərbiyyəyə, nə də qanunlara sığan bir şeydir…”

Xəbər verdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularında biri olub.

Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məmurların bu addımını dövlətin qanunlarına qarşı hörmətsizlik kimi qiymətləndirib:

“Bizdə onsuz da qanun həmişə kənarda qalıb. Burda mən qanundan çox bir hikkə nümayişi gördüm və elə bil ki, bir yoxlama idi ki, görən dövlətin mənə söz deməyə imkanı çatacaqmı? Görünür ki, əgər bu deyilibsə, çox altdan deyilib, çünki bu açıq-aşkar cəmiyyətə etinasızlıqdır. Hamının balası və tədbiri var və indiki şəraitdə bunu nümayiş etdirmək nə tərbiyyəyə, nə də qanunlara sığan bir şey deyil. Əlbəttə, belə bir şeyə reaksiyanın olmaması hakimiyyət zəifliyini göstərir. Mənə elə gəlir ki, elə tədbirin belə keçirilməsinin məqsədi də bu idi. Prezident bir şeyi bilməlidir ki, bütün bu etirazlar, inamsızlıqlar, incikliklər ondan olacaq. Heç kim nə Siyavuş Novruzovdan, nə də Ramiz Mehdiyevdən inciməyəcək. Bunların xisləti də, nə istədikləri də, dedikləri də bəllidir. Cəmiyyətdəki bütün tənqidlər, narazılıqlar birbaşa dövlətin rəhbərinə gedir. Ona görə də dövlətin belə şeylərdə zəiflik göstərməsi, susmasıyla ya anlamırlar ki, bunun o biri başında nə dayanır və yaxud hansısa bir zəiflik var”.

Facebook Comments